AUT.AZ

Əfsanə mövsümün sonunda karyerasını bitirir?

Dortmund “Borussiya”sının və Almaniya millisinin mərkəz müdafiəçisi Mats Hummels bu mövsümün sonunda karyerasını başa vura bilər.

Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Hummels son vaxtlar komandanın start heyətində yerini itirməyə başlayıb və bu səbəbdən karyerasını bitirməyi doğru an hesab edir. 35 yaşlı almaniyalının müqaviləsi gələn ilin yayında başa çatır.

Bu mövsüm Hummels “Borussiya Dortmund”un heyətində bütün turnirlərdə 29 matçda iştirak edib və 3 qol vurub. “Borussiya”dan başqa Hummels 2016-2019-cu illərdə “Bavariya”da çıxış edib.

Aut.az

Exit mobile version