AUT.AZ

Əfsanə açıqladı: Bir daha qayıtmayacaq

“Roma”nın əfsanəsi Françesko Totti doğma klubu ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, “İmperator” paytaxt təmsilçisinə qayıtmayacağını bildirib:

“Mən heç vaxt geri qayıtmayacağam. Hər dəfə mənə bu sualı verirsiniz. Mən bir daha cavab verirəm: qayıtmayacağam”.

Qeyd edək ki, futbolçu kimi yalnız “Roma”da çıxış edən Totti daha sonra “canavarlar”ın idman direktoru kimi fəaliyyət göstərib. Ancaq 2019-cu ildə bu vəzifədən ayrılıb. Buna səbəb klubun amerikalı sahiblərinin idarə etməsini bəyənməməsi olub.

Aut.az

Exit mobile version