AUT.AZ

Vembanyamadan unikal nailiyyət

“San Antonio Spörs”ün üzvü Viktor Vembanyama NBA tarixinə unikal nailiyyətlə düşüb.

Aut.az xəbər verir ki, fransız mərkəz oyunçusu bu uğura “Bruklin Nets” ilə NBA-nın son adi mövsüm matçında imza atıb. Bu görüşdə o, meydandan54,8% dəqiqliklə 33 xal toplayıb, həmçinin 15 ribaund, 7 məhsuldar ötürmə və 7 blok edib. Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu mövsüm Vembanyama hər oyunda orta hesabla 20,8 xal, 10,4 ribaund, 3,5 asist və 3,5 bloka imz atıb. O, 60 oyunda meydana çıxıb.

Aut.az

Exit mobile version