AUT.AZ

“Turan Tovuz”un müdafiəçisi Meksikaya qarşı oynayacaq

Panama milli komandasının KONKAKAF Millətlər Liqasının dördlər finalı üçün yekun heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Tomas Kristiansenin dəvət göndərdiyi futbolçular arasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də yer alıb.

Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər.

Turnirin finalı 24 mart tarixində baş tutacaq.

Exit mobile version