AUT.AZ

Makqreqor oktaqona nə vaxt qayıdacaq?

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor təşkilatdakı növbəti döyüşləri barədə danışıb.

Aut.az xəbər verir ki, o, “MMA Fighting”ə açıqlamasında bu sözləri deyib:

“UFC ilə müqaviləmin bitməsinə daha iki döyüş qalıb. Hazırda danışıqlar aparıram. Mənim iştirakımla “Yol evi” filminin təbliği ilə bağlı işlər bitəndə, Müqəddəs Patrik gününün qeyd olunması başa çatanda özümü təcrid edəcəm. və mən oktaqona qayıtmağa çalışacağam. Bunu həqiqətən istəyirəm. İndi 2024-cü ilin birinci rübündəyik. Qarşıda hələ ilin böyük hissəsi var”.

Qeyd edək ki,Makqreqor 2021-ci ilin yayından amerikalı Dastin Puarye ilə döyüşdə ciddi zədələndikdən sonra oktaqona qayıtmayıb. Konor karyerası ərzində 28 MMA döyüşü keçirib. O, bunlardan 22-də qələbə qazanıb.

Exit mobile version