AUT.AZ

“Liverpul”un yeni hədəfi odur

Dortmund “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Donyell Malen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, Jurnalist Kristian Falkın sözlərinə görə, niderlandlı futbolçu “Liverpul”un transfer siyahısındadır. İngilis klubu hücumameyilli oyunçularından birini satarsa, Donyelli almağa cəhd edəcək.

“Transfermarkt” Malenin dəyərini 35 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm Almaniya çempionatında 23 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha əvvəl “Liverpul”un “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Camal Musialanı transfer etməkdə maraqlı olduğu bildirilirdi .

Exit mobile version