AUT.AZ

“Latsio” ona tapşırıldı – FOTO

Xorvatiyalı mütəxəssis İqor Tudor “Latsio”nun baş məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, bu barədə romalıların mətbuat xidməti məlumat yayıb. Tudor italyan baş məşqçi Mauritsio Sarrini əvəzləyib.

Tudorun məşqçilik karyerası 2013-cü ildə Xorvatiyanın “Hayduk” klubunu çalışdırdığı vaxt başlayıb. 45 yaşlı mütəxəssisin son iş yeri Fransa “Marsel”i olub. Xorvatiyalı çalışdırıcı PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona” kimi komandalarla da işləyib.

Aut.az

Exit mobile version