AUT.AZ

BOK prezidentindən etiraf: Rusiyanın bu davranışından qorxuruq

BOK prezidenti Tomas Bax rusiyalı idmançıların 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimpiya Oyunlarında mümkün iştirakını şərh edib.

Aut.az xəbər verir ki, əvvəllər BOK rusiyalıların 2024-cü il Olimpiya Oyunlarında yarışması üçün tələbləri dərc etmişdi, lakin bir çox idmançılar bu şərtlərə əməl etməkdən imtina etdilər.

“Bizim qorxduğumuz şey Rusiya hökumətinin Olimpiada ərəfəsində getdikcə daha aqressiv bəyanatlarıdır. Beləliklə, bundan sonra nə olacağını görəcəyik.

Şərtlər qoyduq. Bu şərtlər dəyişməyəcək. Biz Parisdə bu şərtlərə hörmət etməyə hazır olanları salamlayırıq”, – Baxın sözləri “Inside The Games” tərəfindən sitat gətirilib.

2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Aut.az

Exit mobile version