AUT.AZ

“Baku Sportinq” – “Lerik” 4:1 – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasında XVII turun oyunları davam edir.

Aut.az xəbər verir ki, bu gün lider “Baku Sportinq” öz meydanında “Lerik”i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 41-ə yüksəldən “Baku Sportinq” liderliyini davam etdirir. 15 xalı olan “Lerik” isə 11-ci yerdədir.

“Baku Sportinq” – “Lerik” 4:1
Qollar: 
Röyal Nəcəfov, 27, 73, Bəxtiyar Soltanov, 32, Ülvi Quliyev, 79 – Kamran Abdullazadə, 46

Exit mobile version