AUT.AZ

29 illik macəra bitir

“Frayburq”un baş məşqçisi Kristian Streyx mövsüm başa çatdıqdan sonra postunu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

58 yaşlı alman mütəxəssis 1995-ci ildən klub sistemində çalışıb. O, gənclərdən ibarət komadanın məşqçisi olub. Daha sonra əsas komandanın köməkçi məşqçisi olub. 2011-ci ildən isə “Frayburq”a şəxsən rəhbərlik edib.

Qeyd edək ki, “Frayburq” Almaniya çempionatının turnir cədvəlində 33 xalla 9-cu sırada qərarlaşıb.
Exit mobile version