AUT.AZ

Lalə Moskvada heç kimə “qızıl” vermir

Dəfələrlə Rusiya çempionu və yeniyetmələr arasında üçqat dünya çempionu Lalə Kramarenko Moskva Qran Prisində halqa ilə finalda qalib gəlib.

Aut.az xəbər veririk, idmançı çıxışına görə 36,20 bal toplayıb. Anna Popova ikinci (35,40), üçüncü isə Sofiya Bernat (32,25) olub.

Kramarenko top hərəkətlərində də 36,10 xalla ən yaxşısı olub. Arina Tkaçuk (34,35) ikinci, Sofiya Bernat üçüncü (31,75) olub.

İrina Viner Gimnastika Sarayında bədii gimnastika üzrə Moskva Qran Prisi keçirilir. Müsabiqə bu gün, martın 17-də başa çatır.

Bu mövsüm Kramarenko beş qızıl medal qazanaraq Rusiya çempionatının qalibi olub.

Qeyd edək ki, Lalə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

Aut.az

Exit mobile version