AUT.AZ

İngilis futbolçudan unikal nailiyyət

“Luton”un yarımmüdafiəçisi Lyuk Berri İngiltərə futbolunda unikal nailiyyətə imza atıb.

Aut.az xəbər verir ki, 31 yaşlı futbolçu Premyer Liqanın 29-cu turunun “Nottingem Forest”lə (1:1) matçında çempionatda debüt qolunu vurub. Oyunçu əvvəllər Çempionşip, Liqa 1 və Liqa 2-də “Luton” üçün qol vurub.

“Opta Sport”un məlumatına görə, bu statistika hesablanmağa başlayanan vaxtdan – 2004/05 mövsümündən sonra Berri bir klubun heyətində İngiltərənin ən azı dörd divizionda qol vuran ilk oyunçu olub.

Exit mobile version