AUT.AZ

“Bayer” bunları da bacardı

“Bayer” Bundesliqada rekordlar vurmağa davam edir.

Aut.az xəbər verir ki, leverkuzenlilər tarixində ilk dəfə çempionatda ardıcıl altı səfər matçında qalib gəlib. Almaniya çempionatının lideri 26-cı turda səfərdə “Frayburq”u məğlub edib(3:2).

Bu, onların Bundesliqada 26 matçda 22-ci qələbəsi olub ki, bu da bir mövsümdə qalibiyyətlər üzrə yeni klub rekordudur.

Bu barədə “Opta Sports” məlumat yayıb. Ümumilikdə, “Bayer”in bütün turnirlərdəki məğlubiyyətsizlik seriyası 38 matça çatıb.

Aut.az

Exit mobile version