AUT.AZ

“Barsa”nın baş məşqçisi bu iki şəxsdən biri olmalıdır – Pike

Tennis - Davis Cup Finale 2019 - Gerard Pique Kormos organsation - Conference de presse TENNIS : Davis Cup Finale - Spain - 24/11/2019 ChrysleneCaillaud/Panoramic.

“Barselona”nın keçmiş mərkəz müdafiəçisi Jerar Pike bu mövsümün sonunda postunu tərk edəcək baş məşqçi Xavinin yerinə hansı mütəxəssisin ən yaxşı namizəd olacağı sualını cavablandırıb.

“Barselona”nı çalışdırmaq üçün komandanın oyun tərzini anlayan müəyyən tipli məşqçi lazımdır, ona görə də seçimlər çox deyil. Düşünürəm ki, aşkar namizədlər Qvardioladır, çünki onun klubda keçmişi var və o, hazırda ən yaxşı məşqçidir, həmçinin Arteta. O, “Barselona”nı başa düşür və bu klubda oynayıb”, – COPE Pikedən sitat gətirib.

Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubuna rəhbərlik edib. Arteta 2002-ci ildə ayrıldığı “Barselona” yetirməsidir.

Aut.az

Exit mobile version