AUT.AZ

Azarkeşlər “Öl, Vinisisu” dedi, hakim əhəmiyyət vermədi

İspaniya Primerasının 29-cu turunun “Osasuna” – “Real Madrid” matçında (2:4) meydan sahibləri azarkeşlər “Vinisius, öl!” şüarları səsləndiriblər.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.  Vurğulanır ki, “Real Madrid”in müdafiəçisi Daniel Karvaxal matçın baş hakimi Xuan Martinez Munueradan bu epizoda reaksiya verməsini istəsə də, hakim heç bir tədbir görməyib və oyunsonrası hakim hesabatında azarkeşə ayrılan hissəyə “Yaxşı” yazıb.

Xatırladaq ki, Vinisius ilk hissənin sonunda sarı vərəqə alıb. Matçın dördüncü dəqiqəsində fərqlənən braziliyalı futbolçu 64-cü dəqiqədə özünün ikinci qolunu vurub.

Aut.az

Exit mobile version