AUT.AZ

Əfsanəvi boksçu xəstəxanaya yerləşdirildi

Əfsanəvi panamalı boksçu, WBC və WBA versiyasında sabiq dünya çempionu Roberto Duran ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə Robertonun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Robertonun 72 yaşı var. O, 119 döyüşdə 103 qələbə qazanıb,  onlardan 70-i nokautla başa çatıb. 16 döyüşdə məğlub olub.

O, sağ əlli mövqedə döyüşüb və inanılmaz zərbə, heyrətamiz dözümlülüyü ilə seçilib. “The Ring” jurnalına görə, Roberto Duran XX əsrin ən yaxşı yüngül çəkili boksçusudur. Roberto peşəkar rinqdə son döyüşünü 14 iyul 2001-ci ildə keçirib. Onun rəqibi on iki raunddan sonra yekdil qərarla Duranı məğlub edən Puerto-Rikolu boksçu Hektor Kamaço olub.

Aut.az

Exit mobile version