AUT.AZ

Poqbadan təsirli paylaşım: Pisləri görmək asandır

“Yuventus”un futbolçusu Pol Poqba yaşadığı çətinliklərə baxmayaraq təsirli, ruhlandırıcı paylaşım edib.

Aut.az xəbər verir ki, Poqba sosial şəbəkədə belə yazıb:

“Mən heç vaxt bu il olduğu qədər çox şey öyrənməmişəm və yetkinləşməmişəm. Allahın göndərdiyi sınaqlar qaçılmazdır və yalnız pisləri görmək asandır, amma nə olursa olsun, xoşbəxt anlar axtarmaq lazımdır. Bütün yaxşı, pis və çətin günlər üçün Allaha həmd olsun”.

Xatırladaq ki, Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilib. Turinli yarımmüdafiəçinin nümunəsində çox yüksək testosteron səviyyəsi aşkar edilib. 30 yaşlı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsə də, bu, istənilən nəticəni verməyib.

Aut.az

Exit mobile version