AUT.AZ

Lalə Moskva Qran Prisini də qazandı

Rusiya çempionu və yeniyetmələr arasında üçqat dünya çempionu Lalə Kramarenko Moskva Qran Prisində çoxnövçülükdə qalib gəlib.

Aut.az xəbər verir ki, idmançı çıxışına görə ümumilikdə 139,85 xal toplayıb, ikinci yerin sahibi Mariya Borisovanı (134,65) 5,20 xal qabaqlayıb. İlk üçlüyü 134,60 xal toplayan Vladislava Şaronova qapayıb .

Xatırladaq ki, martın əvvəlində 19 yaşlı Lalə Kramarenko bədii gimnastika üzrə Rusiya çempionatında çıxış edib və burada bütün qızıl medalları qazanıb: çoxnövçülükdə və bütün fərdi yarışlarda beşqat Rusiya çempionu olub.

Qeyd edək ki, Lalə Kramarenko Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

Aut.az

Exit mobile version