AUT.AZ

Futbolçuları soyan dəstə ifşa olundu: Onlar belə plan qururmuşlar

İspaniya polisi Madriddə və ətraf bölgələrdə məşhur futbolçuların evlərinə soxulmaqda ixtisaslaşan dəstənin altı üzvünü həbs edib.

Aut.az AP-ə istinadən xəbər verir ki,  soyğunçular futbolçular, onların ailələri və dostları tərəfindən sosial mediada yerləşdirilən evlərin foto və videolarını öyrəndikdən sonra qurbanlarını seçiblər. Onlar həmçinin İspaniya paytaxtının zəngin yaşayış məntəqələrində son 2 ildə 8 quldurluğa görə məsuliyyət daşıyırlar. Ötən ilin may ayında baş vermiş soyğunçuluq zamanı qrup 500 min avro dəyərində saat və zinət əşyaları ilə qaça biliblər.

İspaniya polisi əlavə edib ki, daha sonra onlar oğurlanmış malları qara bazarda satmağa cəhd ediblər.

Yeri gəlmişkən, həbs zamanı onlardan 10 saat, bir neçə qızıl-zinət əşyası, 3300 avro nağd pul və iki pnevmatik tüfəng götürülüb.

Soyğunçuların hücumuna məruz qalan futbolçuların adları açıqlanmasa da, onların “Real”ın və “Atletiko”nun futbolçuları olduğunu ehtimal etmək olar.

Aut.az

Exit mobile version