AUT.AZ

ÇL-in qalibi bu komanda olacaq – Məşhur jurnalistdən iddia

Jurnalist və teleaparıcı Pirs Morqan Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 final mərhələsinin püşkatmasının nəticələrini şərh edib.

Aut.az xəbər verir ki, Morqan ÇL-in qalibinin “arsenal” olacağını bildirib.

“Arsenal” qalib gələcək. “Bavariya”nı məğlub edəcəyik, yarımfinalda “Mançester Siti”ni, sonra isə finalda “Barselona”nı məğlub edəcəyik. Bu qədər asan”, – jurnalist sosial şəbəkədə yazıb.

Xatırladaq ki, martın 15-də UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 finalının cütləri:

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya);

“Atletiko” (İspaniya) – “Borussiya” (Almaniya);

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə);

PSJ (Fransa) – “Barselona” (İspaniya).

İlk 1/4 final oyunları aprelin 9 və 10-da, cavab oyunları isə aprelin 16 və 17-də baş tutacaq.

Aut.az

Exit mobile version