AUT.AZ

Bu klub De Xea ilə danışıqlar aparır: Ehtiyat qapıçı olacaq?

“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Yayda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq 40 yaşlı Klaudio Bravoya əvəzləyici axtaran Sevilya klubu 33 yaşlı qolkiperin xidmətində maraqlıdır. Təcrübəli qolkiper komandanın “bir nömrə”si Rui Silva ilə rəqabət aparmaq üçün komandaya transfer edilir.

Mənbənin məlumatına görə, “Betis” bu ilin yanvarından De Xea ilə danışıqlar aparır. Qeyd olunur ki, qapıçı transferdə maraqlıdır. Lakin daha yaxşı təklif alacağı təqdirdə La Liqada 7-ci pillədə qərarlaşan kluba keçməkdən imtina edəcək.

Qeyd edək ki, De Xea keçən yay “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusundadır.

Aut.az

Exit mobile version