AUT.AZ

Baş məşqçi hamının gözü qarşısında futbolçunu vurdu

İngiltərənin “Everton” klubu İngiltərə Kuboku matçları və qarşıdan gələn beynəlxalq fasilə səbəbindən Premyer Liqada növbəti oyununu martın 30-da keçirəcək.

Aut.az xəbər verir ki, bu səbəbdən  Liverpul klubu Portuqaliyaya yollanıb və orada mini-məşq toplanışı keçəcək, növbəti oyunlara hazırlaşacaq.

“Daily Mail” bildirir ki, komandanın naharı zamanı “Everton”un baş məşqçisi Şon Dayş müdafiəçi Natan Pattersona yaxınlaşaraq zarafatla onun üzünə sillə vursa da, zərbə o qədər güclü olub ki, həm Pattersonu, həm də naharda iştirak edən bütün oyunçuları şoka salıb.

“Everton”nun apitanı Ceyms Tarkovski dərhal vəziyyəti həll etməyə çalışıb. Məşqçi xoşagəlməz hadisəyə görə üzr istəyib.

Hazırda “Everton” Premyer Liqada 25 xalla 16-cı pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version