AUT.AZ

8 il əvvəl verdiyi nümunələrdə dopinq aşkarlandı: Necə olacaq?

2016-cı il Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları zamanı dopinq-testində qadağan olunmuş maddələr aşkar edildiyi üçün yunanıstanlı Kristos Volikakis yarışlardan müvəqqəti olaraq uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) rəsmi saytı məlumat yayıb.

Mənfi nəticə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) adından Beynəlxalq Dopinq Test Agentliyi (ITA) tərəfindən 2016-cı il Olimpiadasından alınan dopinq nümunələrinin yenidən təhlili nəticəsində əldə edilib. İlkin nümunə 16 avqust 2016-cı ildə götürülüb. Yenidən yoxlandıqdan sonra idmançının qanında metabolit LGD-4033 (Ligandrol) selektiv androgen reseptor maddəsi aşkar edilib.

35 yaşlı idmançının günahı sübuta yetirilərsə, sanksiyalar ilə üzləşəcək. Velosipedçi həmçinin B-nin dopinq nümunəsinin yoxlanılmasını tələb etmək hüququna malikdir.

Volikakis 2008-ci ildə Keyrin şəhərində keçirilən velosiped idmanı üzrə dünya çempionatının bürünc mükafatçısıdır. 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında yunan velosipedçi ötmə və xal yarışında qızıl medal qazanıb. O, həmçinin Avropa çempionatında üç gümüş və bir bürünc medal qazanıb.

Exit mobile version