AUT.AZ

“Yunayted” onu satır? – Ten Haq detalları açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın cinah oyunçusu Markus Reşfordun gələn yay başqa kluba satıla biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində ten Haqdan sitat gətirir.

“Biz onu indi satmaq üçün keçən mövsüm beş illik yeni müqavilə imzalamamışdıq. Markus bu layihənin bir hissəsi olmalıdır. Bu, müzakirə mövzusu belə deyil”, – Haq deyib.

Xatırladaq ki, daha öncə mətbuatda 26 yaşlı futbolçu ilə PSJ-nin maraqlandığı barədə məlumat yayılmışdı. Xüsusilə, Fransa nəhənginin futbolçu üçün “Mançester Yunayted”ə 80 milyon avro, Reşfordun özünün isə illik 10 milyon avro maaşla müqavilə təklif etməyə hazır olduğu bildirilirdi.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Aut.az

Exit mobile version