AUT.AZ

Yenə də təhqir olundu: “Real” prokurorluğa şikayət etdi

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

 “Real” azarkeşlərin Vinisius Juniora qarşı irqçi davranışlarına görə İspaniyanın baş prokuroruna şikayət edib.

Aut.az xəbər verir ki, “kral klubu” yaydığı açıqlamada Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” və “Atletiko” – “İnter” cavab matçları öncəsi Barselona və Madriddəki stadionlara yaxın ərazilərdə braziliyalı futbolçunun irqi təhqirlərə məruz qaldığını bildirib.

“Real”ın rəsmi saytından verilən açıqlamada klubun nifrət cinayətləri və ayrı-seçkiliyə görə prokurorluğa şikayət etdiyi bildirilib. “Los Blankos” prokurorluğu günahkarların müəyyən edilməsi üçün hər iki stadionun təhlükəsizlik xidmətlərindən kamera görüntülərini tələb etməyə çağırıb.

Aut.az

Exit mobile version