AUT.AZ

“Qarabağ”a qalib gəldiksə, hər kəsə qalib gələrik – Patrik Şik

“Bayer”in futbolçusu Patrik Şik UEFA Avropa Lİqasının 1/8 finalının “Qarabağ”la cavab oyunundan sonra açıqlama verib.

Aut.az xəbər verir ki, görüşün son dəqiqələrində dubl edərək komandasını növbəti mərhələyə daşıyan çexiyalı forvard təmsilçimizin ünvanına xoş sözlər işlədib.

“Bu, sadəcə inanılmaz bir sonluqdur. Son dəqiqələrdə əsl həyəcan yaşadıq. Son saniyəyə qədər mübarizə apardıq. Rəqibimiz ancaq alqışa layiqdir. Onlar Bundesliqadakı rəqiblərimizdən fərqli oynayırlar. Buna görə də bizim üçün asan olmadı. İndi biz Avropa Liqasının 1/4 finalını gözləyirik. Növbəti rəqibimizin kim olmasının fərqi yoxdur. Biz hər kəsi məğlub etməyə qadirik”.

Qeyd edək ki, ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendəki görüşdə isə Almaniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Exit mobile version