AUT.AZ

“O, hazırda ingilislərin qatilidir”

WBC çempionu Tayson Fyuri maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, gələcək rəqibi Aleksadr Usik haqqında danışıb:

“Hazırda Usik ingilislərin qatilidir. O, Dübua, Çisora, Coşuanı məşğul edib. Onun yolunda duran, Avropanı bir nömrəsi olmasına mane olacaq yeganə şəxs mənəm. Yalnız “Qaraçı kralı”.

Qeyd edək ki, Fyuri ilə Usikin döyüşü mayın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq.

Exit mobile version