AUT.AZ

Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vuruldu

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) PAOK-un qonağı olub. İlk oyunda 2:0 hesabı ilə qalib gələn “Dinamo” bu dəfə 1:5 hesabı ilə uduz və mübarizəni dayandırıb. Emreli zədəli olduğu üçün görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Fənərbaxça” isə evdə “Yunion”u qəbul edib. İstanbul təmsilçisi 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi üçün 1/4 finala adlayıb.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları

14 mart

Fənərbaxça (Türkiyə) – Yunion (Belçika) 0:1 (ilk oyun 3:0)
Qollar: Rasmussen, 68.

Fiorentina (İtaliya) – Makkabi (Hayfa, İsrail) 1:1 (4:3)
Qollar: Barak, 59 – Xalali , 88.

PAOK (Yunanıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 5:1 (0:2)
Qollar: Baba, 27. Şuçiç, 33-öz qapısına. B.Tomas, 42. Kulyerakis, 72. Jivkoviç, 88-pen – Hoca, 49.

Viktoriya (Çexiya) – Servett (İsveçrə) 0:0, penaltilər – 3:1 (0:0)

Aston Villa (İngiltərə) – Ayaks (Niderland) 4:0 (0:0)
Qollar: Uotkins, 25. Beyli, 60. Duran, 75. Diabi, 81.

Brügge (Belçika) – Molde (Norveç) 3:0 (1:2)
Qollar: Olsen, 45+1; 48. Skoras, 70.

Makkabi (Təl-Əviv, İsrail) – Olimpiakos (Yunanıstan) 1:6 (4:1)
Qollar: Zahavi, 57-pen – Podense, 10. Fortunis, 36. El Kaabi, 45+3; 65. Yovetiç, 93.

Lill (Fransa) – Şturm Qrats (Avstriya) 1:1 (3:0)
Qollar: T.Santos, 43 – Byeret, 45+2.

Exit mobile version