Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Aut.az xəbər verir ki, toplantıda II Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Kürmük Qax” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Kürmük Qax” klubunun 6 nömrəli futbolçusu Ramin Hacıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kürmük Qax” klubu 300 manat cərimə edilir (maddə 43.3);
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Göygöl” – “Qusar” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Göygöl” – “Qusar” oyununun 81-ci dəqiqəsində “Göygöl” klubunun 14 nömrəli futbolçusu Ülvi Cəlilov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Göygöl” klubu 150 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.1, 32);
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Göygöl” – “Qusar” oyununun 77-ci dəqiqəsində “Qusar” klubunun 26 nömrəli futbolçusu Mirmehdi Rzayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qusar” klubu 80 manat cərimə edilir (maddə 41);
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Göygöl” – “Qusar” oyununun 90+4-cü dəqiqəsində “Qusar” klubunun 13 nömrəli futbolçusu Viqar Əlibabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);
11.03.2024-cü il tarixində II Liqada XVI turun “Göygöl” – “Qusar” oyununun 82-ci dəqiqəsində “Qusar” klubunun heyətində 77 nömrəli futbolçu Emil Valehovun əvəzinə adı protokolda qeyd edilməmiş 5 nömrəli futbolçu Elnur Dəmirli oyuna daxil olduğuna görə “Qusar” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Qusar” klubu 400 manat cərimə edilir (maddə 61.6);
12.03.2024-cü il tarixində II Liqada XVI turun “Füzuli” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);
12.03.2024-cü il tarixində II Liqada XVI turun “Şəmkir” – “Şəfa” oyununun 28-ci dəqiqəsində “Şəfa” klubunun 23 nömrəli futbolçusu Nicat Abbasov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” klubu 350 manat cərimə edilir (maddə 43.5);
12.03.2024-cü il tarixində II Liqada XVI turun “Şəmkir” – “Şəfa” oyununun 33-cü dəqiqəsində “Şəfa” klubunun 44 nömrəli futbolçusu Ramiz Qasımovun ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi və azarkeşləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Şəfa” klubu 350 manat cərimə edilir (maddə 43.5);
12.03.2024-cü il tarixində II Liqada XVI turun “Lerik” – “Ağdaş” oyununun 75-ci dəqiqəsində “Lerik” klubunun 9 nömrəli futbolçusu Azad Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 50 manat cərimə edilir (maddə 36.5);
12.03.2024-cü il tarixində II Liqada XVI turun “Lerik” – “Ağdaş” oyununun 82-ci dəqiqəsində “Lerik” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Lerik” klubu 150 manat cərimə edilir (maddə 52.2).