AUT.AZ

FİFA bu DÇ-ni hər il keçirəcək: 48 yığma ilə

Beynəlxalq Futbol Federasiyası (FİFA) qurumun Şurasında qəbul edilən qərarları açıqlayıb.

Aut.az xəbər verir ki, FİFA-nın mətbuat xidmətindən verilən məlumata görə, 17 yaşadək futbolçular arasında dünya çempionatı 48 komandaya qədər genişləndiriləcək və hər il (əvvəllər iki ildən bir) keçiriləcək.

2025-ci ildən başlayaraq Qətərdə gənclər arasında dünya çempionatı keçiriləcək. Bu plan 2029-cu ilə qədər beş il üçün nəzərdə tutulub. Qadınlar arasında gənclər Dünya Kuboku 24 komandaya qədər genişləndiriləcək və hər il Mərakeşdə keçiriləcək.

FİFA həmçinin 2027-ci ildə qadınlar arasında dünya çempionatının keçirilmə yerinin təşkilatın may ayında keçiriləcək növbəti Konqresində müəyyən ediləcəyini təsdiqləyib. Braziliya, Belçika/Almaniya/Hollandiya (birgə), eləcə də ABŞ/Meksika ev sahibliyi hüququ uğrunda mübarizə aparır.

Aut.az

Exit mobile version