AUT.AZ

ÇL-də 1/4 finalın püşkü atıldı: Nəhənglərin qarşıdurması

UEFA Çempionlar Liqasında püşkatma mərasimi keçirilib.

Aut.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində əvvəlcə 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Daha sonra yarımfinal və finalın potensial rəqibləri bəlli olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinal matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.

UEFA Çempionar Liqası:

1/4 final:

Arsenal – Bayern

Atletiko – Borussiya Dortmund

Real – Mançester Siti

PSJ (Fransa) – Barselona

1/2 final:

Atletiko/Borussiya” cütünün qalibi – PSJ/Barselona cütünün qalibi

Arsenal/Bayern/ – Real/Mançester Siti

Exit mobile version