AUT.AZ

“Braqa” “Bayer”ə sual verdi: Bunu necə bacardınız? – VİDEO

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer Leverkuzen”ə məğlub olaraq turnirdə çıxışını dayandırsa belə, bütün dünya təmsilçimizin oyunundan danışır.

Aut.az xəbər verir ki, Azərbaycan çempionunun pley-offda sıradan çıxardığı “Braqa” da dünənki matça biganə qala bilməyib. Portuqaliya təmsilçisi oyundan sonra rəsmi “Tiktok” hesabından ironiyalı video paylaşıb.

“Ağ-qırmızılar” “bunu necə bacardınız, “Bayer”?”, – deyə paylaşım edib. Videoda məşhur “Kunq-fu Panda” cizgi filmində panda ilə müəlliminin arasındakı dialoq yer alıb. Baş qəhrəmanın “necə? necə?” suallarını döyüş ustasının “bilmirəm”, – deyə cavablaması diqqət çəkib. “Braqa” bununla “Bayer”ə sətiraltı mesaj göndərib.

Exit mobile version