AUT.AZ

“Bayer”in xilaskarı Avroliqada həftənin ən yaxşısı seçildi

“Bayer”in hücumçusu Patrik Şik Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlərin Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən ən yaxşı futbolçunu müəyyən etdiyi səsvermə başa çatıb.

“Qarabağ”la oyuna əlavə edilmiş dəqiqələrdə iki qol vuraraq komandasının 3:2 hesablı qələbə qazanmasına kömək edən Şik səsvermədə birinci yeri tutub.

Namizədlər arasında həmçinin “Sparta” ilə oyunda (6:1) bir qol və üç məhsuldar ötürmə edən “Liverpul”un hücumçusu Məhəmməd Salah, “Slaviya” ilə matçda bir qol və bir məhsuldar ötürmə edən “Milan”ın hücumçusu Rafael Leau (3:1) və “Frayburq”a (5:0) qol vuran  “Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudus da vardı.

Aut.az

Exit mobile version