Baş məşqçi onları millidən qovdu: Oxuduqları mahnıya görə
Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik sərt qərar verib.
Aut.az xəbər verir ki, o, millinin 3 futbolçusunu homofob şüarlarda iştirak etdiyi üçün qovub. Marko Qrüll, Qvido Burqstaller və Niklas Hedli heyətdən kənarlaşdırıb.
Fevralın 25-də sözügedən 3 futbolçunun çıxış etdiyi “Rapid Vyana” “Austria” ilə derbi oyununda üz-üz gəlib. Matçdan az sonra futbolçular azarkeşlərə qoşularaq onlarla bərabər homofob mahnılar oxuyublar. Bu, hadisənin görüntüləri yayımlanıb.
“Komandadma belə bir şeyin olmasına dözə bilmərəm. İstər klubdan, istərsə də millidən danışmağımızın fərqi yoxdur. Burada təmsil etdiyimiz hər şey əksinədir və mən bunu telefonda uşaqlara demişəm.”, – deyə Ranqnik qərarını şərh edib.
Futbolçular martın 23-ü və 26-da Slovakiya və Türkiyə ilə keçiriləcək yoldaşlıq görüşlərində iştirak etməyəcək. Bununla belə, onların qarşıdan gələn Avropa çempionatına qatılmaq şansları hələ də var.
“Mən gözləyirəm ki, onlar bu məsələyə ciddi yanaşsınlar və bu şəkildə ictimai təhqir və ayrı-seçkiliyə məruz qalanda insanların necə hiss etdiklərini başa düşsünlər” – deyə təcrübəli məşqçi bildirib.
Avstriya Bundesliqası rəhbərliyi Qrüll, Burqstaller və Hedli cəzalandırıb. Klub əməkdaşları, idarəedici direktor Steffen Hofmann və köməkçi məşqçi Stefan Kulovits da cəzasız qalmayıb.
