AUT.AZ

Alonso Avroliqanın favoritini açıqladı

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının əsas favoriti hesab etdiyi komandanın adını açıqlayıb.

Aut.az xəbər verir ki, ispan mütəxəsis seçimini futbolçu kimi çıxış etdiyi “Liverpul”dan yana edib: “”Liverpul”un Avropa Liqasını qazanmaq üçün əsas favorit olduğunu düşünürəm”.

“Bayer” turnirin 1/8 finalında “Qarabağ”ı. “Liverpul” isə “Sparta Praqa”nı mübarizədən kənarlaşdırıb. Leverkuzen təmsilçisi 1/4 finalda “Vest Hem”lə, “qırmızılar” isə “Atalanta” ilə yarışacaq.

Exit mobile version