AUT.AZ

Xviça ÇL-də Mbappeni qabaqladı

“Napoli”nin kənar hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya cari Çempionlar Liqasında driblinqlərin sayına görə liderdir.

Aut.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.

Gürcü futbolçu 29 uğurlu cəhd edib. Leroy Sane (Bavariya), Kilian Mbappe (PSJ) və Ceremi Dokunun (Mançester Siti) hər biri 28 driblinq edib. İlk 5-liyi 24 dəfə uğurla driblinq edən “Barselona”lı Joao Kanselo tamamlayıbn.

Exit mobile version