AUT.AZ

“O, Niderland və Rusiya futbolu üçün biabırçılıqdır”

“De Telegraaf”ın jurnalisti Jeroen Kapteins “Spartak”ın hücumçusu Kvinsi Promes ilə bağlı vəziyyətə münasibət bildirib.

Aut.az xəbər verir ki, jurnalist onu Niderland və Rusiya futbolu üçün biabırçılıq adlandırıb. Xatırladaq ki, Promes Niderlandda 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Oyunçu əmisi oğlu ilə bıçaqlı davaya görə il yarım, narkotik qaçaqmalçılığına görə isə daha altı il həbs cəzası alıb.

“Əlbəttə, Promes Niderland və Rusiya futbolu üçün biabırçılıqdır. Onun hekayəsi bariz mənfi nümunədir. Yeri gəlmişkən, Promes belə bir işdə iştirak edən ilk niderlandlı futbolçu deyil. David Mendes da Silva kokain qaçaqmalçılığına görə 7 il müddətinə azadlıqdan məhrum edilib”, – “RB Sport” Kapteinsdən sitat gətirib.

Promes hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı BƏƏ-dədir. Əvvəlcə onun qəza törədərək hadisə yerindən qaçdığı, bu səbəbdən də Rusiyaya uçmaq istəyərkən saxlanıldığı bildirilmişdi, lakin sonradan məlumat yayıldı ki, BƏƏ polisi futbolçunu Niderlandın tələbi ilə saxlayıb.

Aut.az

Exit mobile version