AUT.AZ

Murad Musayevin təyinatına belə reaksiya verdi: Yumordur

“Spartak”, “Selta” və Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Murad Musayevin “Krasnodar”a qayıtmasından danışıb.

 Xatırladaq ki, dünən, martın 13-də Kuban “Sabah”ın sabiq baş məşqçisinin bu mövsümün sonuna kimi komandaya rəhbərlik edəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, Mostovoy “Championat.com”un müxbiri ilə söhbətində bu təyinata belə reaksiya verib:

“Futbolumuzda çox şeyə təəccübləniriksə və çox şeyi yumorla qəbul ediriksə, Murad Musayevin “Krasnodar”a təyinatına da yumorla yanaşıram. Xüsusən də “Krasnodar”da çox iş görən Vladimir İviçdən sonra (gülür)”.

Musayev daha əvvəl 2019-2020-ci illərdə “Krasnodar”ın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında Rusiya komandası UEFA Çempionlar Liqasında debüt edib.  Ümumilikdə 40 yaşlı mütəxəssis “Krasnodar”a 126 rəsmi oyunda başçılıq edib. Musayevin son iş yeri “Sabah” olub. Xatırladaq ki, “Krasnodar” Rusiya Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda 20 matçda 39 xal toplayıb.

Aut.az

Exit mobile version