AUT.AZ

İlk idman avtomobilinin yaradıcısı vəfat etdi

Ötən gün əfsanəvi avtomobil dizayneri Marçello Qandini 85 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, Qandini karyerasında ilk əlamətdar işi orta mühərrikli dizaynlı ilk seriyalı idman avtomobili “Lamborghini Miura” olub. Bu, qeyri-rəsmi olaraq tarixin ilk superkar hesab olunur.

Qandini karyerasına “Bertone”da başlayıb, burada “Miura” ilə və “Lamborghini Countach” üzərində işləyib. Həmçinin “Lancia Stratos”, “Ferrari Dino 308 GT4”-nin hazırlanmasında payı olub. Eyni zamanda, “Bugatti EB110”-nun prototipini yaradıb

Bundan əlavə, dizayner daha fərqli avtomobillər də yaradıb: birinci nəsil “Volkswagen Polo” və “BMW 5 Series”.

Qandini sənaye və interyer dizaynı, eləcə də təyyarə istehsalı sahələrində də çalışıb. İtalyan dizayner həyatının son illərində Qətərdə Avtomobil Muzeyi üçün təlim platforması yaradıb. Ümumilikdə o, 60 ilini öz işinə həsr edib və sənayenin ən nüfuzlu simalarından biri kimi iz buraxıb.

Qandininin ölüm səbəbi barədə məlumat verilmir.

Exit mobile version