AUT.AZ

Bu şansı əldən verdi, Simeonenin reaksiyası belə oldu – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsinin “İnter”lə cavab oyununda əsas vaxtın sonunda “Atletiko”nun futbolçusu Rodriqo Rikelme əlverişli qol şansı əldə edib.

Aut.az xəbər verir ki, o, bu imkandan yararlansaydı, komandasını növbəti mərhələyə keçirə bilərdi.

Lakin futbolçu Antuan Qrizmanın ötürməsindən sonra hədəfə düşə bilməyib. Onun belə fürsəti əldən verməsi baş məşqçi Dieqo Simeonenin dəlisov reaksiyasına səbəb olub.

Qeyd edək ki, “Atletiko” penalti seriyasında qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

Exit mobile version