AUT.AZ

“Barsa”nın 17 yaşlı tapıntıntısı İngiltərə nəhənglərinin hədəfində

“Barselona”nın gənc mərkəz müdafiəçisi Pau Kubarsi İngiltərənin aparıcı klublarının maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, 17 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” və “Çelsi” maraqlıdır. Bu barədə “Sport.es” məlumat yayıb.

Bununla belə, müqavilə imzalamaq üçün bu klublar hələ gələn ilin yanvarına, Paunun 18 yaşı tamam olana qədər gözləməli olacaqlar. Amma “La Masia”nın yetirməsi olan mərkəz müdafiəçisinin özü “Barselona”dan ayrılmaq istəmir.

Kubarsinin kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Futbolçunun müqaviləsindəki sərbəstqalma maddəsi 10 milyon avrodur. Bu mövsüm əsas komandada debüt edən futbolçu bütün yarışlarda 12 oyuna çıxıb.

Exit mobile version