AUT.AZ

Azərbaycan millisi böyük hesabla məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasının 2-ci qrupunda ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu 3 gün sonra – martın 7-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Exit mobile version