AUT.AZ

“Barselona” ÇL-i qazansa, Xavi nə edəcək?

“Barselona”nın baş məşqçisi Xavi növbəti mövsüm komandada qalmayacağını təsdiqləyib.

Aut.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında açıqlama verib:

“Hələ də məndən Çempionlar Liqasını qazansaq, qalıb-qalmayacağımı soruşurlar. Mən qalmayacağam. Cavabım olduğu kimi qalacaq. Mövsümün sonunda gedəcəm. Gələn mövsüm Çempionlar Liqasından həzz alacağam, amma bir azarkeş kimi”.

Xatırladaq ki, “Barselona” “Napoli” səddini aşaraq Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Xavi fevralın sonunda evdə “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra “Barselona”dan ayrılacağını açıqlamışdı.

Exit mobile version