AUT.AZ

Xabi Alonso: “Qarabağ”la cavab oyunu asan olmayacaq”

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniyada “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis cavab matçının asan olmayacağını bildirib:

“Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. “Qarabağ”la cavab oyunu asan olmayacaq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik.

Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürəm ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır”.

Leverkuzendəki qarşılaşma martın 14-də, saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Exit mobile version