AUT.AZ

UEFA-dan paylaşım: “Juninyo “Bayer”lə oyunda şou göstərdi” – VİDEO

UEFA Avropa Liqasının “X” (tvitter) hesabı 1/8 final mərhələsində keçirilmiş “Qarabağ” – “Bayer” (Almaniya) oyunu ilə bağlı paylaşım edib.

Aut.az xəbər verir ki, UEFA “köhlən atlar”ın hücumçusu Olavio Juninyonu fərqləndirib.

Postda “Juninyo “Bayer”lə oyunda şou göstərdi” yazılıb və braziliyalı forvardın həmin matçdakı məhsuldar ötürməsi və qolu paylaşılıb.

Bakıdakı oyun heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı martın 14-də keçiriləcək.

Exit mobile version