AUT.AZ

Taysonun ona qalib gələcəyinə şübhə edir – Sabiq çempion

İki çəki dərəcəsində keçmiş dünya çempionu Timoti Bredli (34-0-1, 24 KO) ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (33-0-1, 24 KO) ilə keçmiş çempion Entoni Coşua “27 -3, 24 KO) arasında döyüş perspektivindən danışıb.

Aut.az xəbər verir ki, Timoti Taysonun Usikə qalib gələcəyinə inanmadığını bildirib.

“Ey Ceyanın tərcümeyi-halına baxın. Bütün ən yaxşı namizədlərə baxın, sonra da Fyuriyə nəzər salın. Gördüyümüz Tayson Fyurinin son versiyası. Bu oğlan Ceyanı məğlub edə bilməz və mən əmin deyiləm ki, Tayson Fyuri Usikə qalib gələcək.

Fyurini hansı formada görəcəyimizi bilmirəm. Ancaq Fyuri Usiki məğlub etsə, təbii ki, onların cavab görüşü olacaq. Mən Coşua  və Fyurinin ayaq üstə getdiyini görmək istəyirəm. Mən İngiltərədə kimin dünyanın ən yaxşısı olduğunu görmək istəyirəm”, – Bredli deyib.

Aut.az

Exit mobile version