AUT.AZ

Situasiya dəyişdi: “Real” əfsanəyə yeni müqavilə təklif edəcək

BANGKOK, THAILAND -AUGUST 30, 2015: the logo of Real Madrid football club on an official jersey on August 30, 2015 in Bangkok Thailand.

“Real” xorvatiyalı yarımmüdafiəçi Luka Modriç də daxil olmaqla, bütün yaşlı oyunçuları ilə müqaviləni uzatmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu” hələlik 38 yaşlı futbolçu ilə müqaviləni uzatmağa cəhd etməyib, lakin mövsümün sonuna qədər ona mütləq yeni əmək müqaviləsi təklif edəcək.

Xatırladaq ki, Luka Modriçin hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.

Cari mövsüm Luka “Real”da 32 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version