AUT.AZ

Prezident açıqladı: Superdöyüşün qalibi onunla qarşılaşacaq

Dünya Boks Şurası (WBC) ağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə keçmiş çempion Entoni Coşuaya (28-3) Tayson Fyuri (34-0) və Aleksander Usik (21-0).arasında keçiriləcək döyüşün qalibi ilə qarşılaşmağa icazə verəcəyini təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə qurumun prezidenti Maurisio Sulayman “Sky Sports”a müsahibəsində deyib: “WBC-dən Joshuanın mübahisəsiz titullar uğrunda mübarizəsinə sanksiya verməsi xahiş olunub. Biz razılaşdıq”.

Fyuri və Usık arasında superdöyüş mayın 18-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kingdom Arenada üz-üzə gələcək.

Exit mobile version