AUT.AZ

MY-nin yeni planı: Ulduz futbolçunu onunla əvəzləyəcəklər?

“Monako”nun yarımmüdafiəçisi Youssouf Fofana “Mançester Yunayted”də Kazemironu əvəz edəcək.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “mankunianlılar”ın baş məşqçisi Erik ten Haq 25 yaşlı yarımmüdafiəçinin transferində çox maraqlıdır.

“Qırmızı şeytanlar” Fofananı heyətinə qatmaq istəyən yeganə klub deyil. Futbolçunun xidmətində PSJ və “Yuventus” da maraqlıdır.

Onun satışından “Monako”nun ən azı 30 milyon avro qazanmağı planlaşdırdığı qeyd edilir.

Exit mobile version