AUT.AZ

Mbappe kababxananı məhkəməyə verir: Kəllə sümüyündən…

PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir.

Aut.az xəbər verir ki, bu barədə Fransanın “RMC Sport” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab mağazasının menyusunda “Mbappenin kəllə sümüyü kimi” təsviri olan kabab var.

Qeyd olunur ki, menyuda adı hallanan təkcə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr olunmuş kabab hazırlayır.

Aut.az

 

Exit mobile version